Göyçay rayonununda fəaliyyət göstərməyən fermanın ərazisində yanğın olub

Göyçay rayonunun Qarayazı kəndində fəaliyyət göstərməyən fermanın ərazisində ümumi sahəsi 250 m² olan talvarın yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 85 m² olan qamışdan ibarət köməkçi tikili 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...