Quldurluqla məşğul olan keçmiş məhkumlar yaxalanıblar

Quldurluqla məşğul olan keçmiş məhkumlar yaxalanıblar

Aprelin 12-si saat 20:30 radələrində naməlum şəxslər Bakı şəhər sakini Cəmil Sevdimalıyevə məxsus Xarici Dairəvi küçəsində yerləşən mağazaya gələrək 1 ədəd spirtli içkini qanunsuz olaraq götürüb çıxarkən mağaza sahibi müqavimət göstərib.

 

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlardan biri əlindəki bıçaqla C.Sevdimalıyevi hədələyərək ona məxsus olan "Toyota" markalı avtomobilin təkərini deşib.


Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər əvvəllər məhkum olunmuş Elvin Musayev və Seyfulla Qafarov yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə