İçkili vəziyyətdə qardaşına 3 bıçaq zərbəsi vurdu

Gəncədə qardaşlar arasında dava birinin bıçaqlanması ilə nəticələnib.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində baş verib.

34 yaşlı Röyal Hüseynov qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanalardan birinə gətirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs içkili vəziyyətdə olan qardaşı ilə mübahisə edib. Nəticədə əlbəyaxa davaya çevrilən mübahisə sonda Röyal Hüseynovun bıçaqlanması ilə nəticələnib.

İlkin məlumata görə, qardaşı onun bədəninin qarın nahiyyəsinə 3 bıçaq zərbəsi endirib. Hazırda yaralı əməliyyat edilib, vəziyyəti orta-ağırdır.

Keçirilən əmıliyyatla qardaşının həyatına qənim kəsilmək istəyən şəxs saxlanılıb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...