Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

SİA Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 22-də saat 19 radələrində rayonunun Köhünlü kəndi ərazisində Mürtülü kənd sakini S.Omarov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Tahir Şıxıyevi vurub. Piyada hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə