Keçmiş məhkum adam bıçaqladı

Bakıda keçmiş məhkum adam bıçaqlayıb. SİA-nın verdiyi məlumata görə, hadisə martın 21-də saat 15 radələrində Xətai rayonu S.Mirhəsənağa küçəsində baş verib. Bakı şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 1965-ci təvəllüdlü T. İsmayılov şəxsi münaqişə zəminində 1978-ci il təvəllüdlü İ.Nuriyevi bıçaqlayıb. O, şəhər xəstəxanasına yerləşdirilib. İ.Nuriyev saxlanılıb, cinayət işi başlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə