Yevlaxda iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Yevlaxda iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

SİA xəbər verir ki, hadisə Yevlax avtovağzalı yaxınlığında baş verib.

"Opel" və "Ford" markalı iki avtomobilin toqquşması nəticəsində Ağdam rayon sakinləri - 1967-ci il təvəllüdlü Babayev Minaya Yaqub qızı və 1961-ci il təvəllüdlü Məmmədhüseynova Ətrabə Əzizalı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə