Bakıda piyadanı maşın vurdu

Nizami rayonunun Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, martın 19-da saat 20:00 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə