Saatlıda qısqanclıq zəminində qətl hadisəsi törədilib. Saatlı rayon prokurorluğunun böyük köməkçisi Əlmirzə Əliyevin SİA-nın Aran bürosuna hadisə ilə bağlı açıqlamasında bildirib ki, 10 aprel 2011-ci il tarixdə saat 18.45 radələrində polis şöbəsinin növbətçi hissəsinə daxil olan məlumata görə, Qaranuru kənd sakini Əliyev Rövşən Eminağa oğlunun həmin kənddən 2 km aralıda, Məmmədbəy adlı ərazidə həmkəndlisi Kazımov Vüqar Hacı oğlunu qoşa lülə ov tüfəngi ilə qətlə yetirib. Məlumat daxil olandan sonra prokurorluq əməkdaşları və polis şöbəsinin əməliyyat qurupu hadisə yerinə yollanıb.
Hadisə yerinin müayinəsi zamanı 3 ədəd giliz götürülüb. Məhkəmə tibbi ekspertizasının müayinəsi zaman meyitin üzərində qırmalar aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda ARCM-nin 120.1 hissəsi ilə cinayət işi başlanılıb. Baş vermiş hadisə ilə bağlı 1981-ci il təvəllüdlü Əliyev Rövşən Eminağa oğlu saxlanılmış, ondan TOZ 63 markalı qoşa lüləli ov tüfəngi götürülüb.
İlkin məlumata əsasən hadisə qısqanclıq zəminində baş verib. Hazırda istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB