Bakıda nişanlı oğlanı maşın vuraraq öldürüb

Bakıda nişanlı oğlanı maşın vuraraq öldürüb

Bakıda nişanlı oğlanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsində baş verib.

Yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçmək istəyən gənci "QAZel" vuraraq öldürüb.

Qeyd edək ki, ölən şəxsin gələn ay toyu olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə