Evdən pul və qızıl-zinət əşyaları oğurlayan oğru dəstə tutuldu

Evdən pul və qızıl-zinət əşyaları oğurlayan oğru dəstə tutuldu

Suraxanı rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları, habelə evin həyətindəki avtomobili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 31-ci PB və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki evlərin birindən 7500 manat, 10.200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə