Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Bakıxanov dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə