Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220 CDI" markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsi rentgen aparatı ilə yoxlamadan keçib. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sağ və sol ayaq yerlərinin içərisindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 7000 ədəd "Parliament Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə