Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakinləri R.Rəsulov və əvvəllər məhkum olunmuş M.Əzizov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Ağdaş RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri R.Rəsulov və əvvəllər məhkum olunmuş M.Əzizov saxlanılıblar. Şəxsi axtarış zamanı R.Rəsulovdan 1 kiloqram 10 qram, M.Əzizovdan isə 1 kiloqram 40 qram marixuana aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB