Avtomobil oğrusu tutuldu

Martın 15-də Z.Bəndəliyevə məxsus avtomobilin hissələrini sökərək oğurlamaqda şübhəli bilinən R.Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Z.Bəndəliyevə məxsus avtomobilin 1200 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə