Samuxda ölümlə nəticələnən yol qəzası baş verib

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib

Samux rayonunun Qarağacılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 16-da saat 11 radələrində Samux rayonunun Qarağacılı kəndi ərazisində kənd sakini Hasil Süleymanovun idarə etdiyi “VAZ-2103” və Ağdam rayon sakini N.Alışovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Samux RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə