Bir gündə 24 cinayətin üstü açıldı

Bir gündə 24 cinayətin üstü açıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da 24 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə