85 yaşlı qadını maşın vurub öldürdü

85 yaşlı qadını maşın vurub öldürdü

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini Ocaqov Fariz Tarvis oğlu idarə etdiyi 90 VB 270 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1935-ci il təvəllüdlü Vəliyeva Səkinə Səttar qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə