Tovuz rayonunda 26 yaşlı qadının meyiti tapıldı

Tovuz rayonunda 26 yaşlı qadının meyiti tapıldı

Tovuz rayonunda qadının naməlum şəraitdə meyiti aşkar olunub.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayon sakini 26 yaşlı Tünzalə Tağıyevanın meyiti aşkar edilib.

İlkin məlumata görə, qadının boğaz nahiyəsində boğulma izləri var. Hadisə yerinə Tovuz rayon Prokurorluğu və Polis İdarəsinin rəsmiləri cəlb olunub. Meyit müayinə olunmaq üçün ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə