Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 14-də saat 23 radələrində rayonun Bayandur kənd sakini A.Məmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişin - Ələsgərli kənd sakini Nuranə İsayeva xəstəxanaya yerləşdirilmiş və martın 15-də orada ölüb. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB