Ölkəyə qanunsuz kosmetik məhsullar gətirilməsi cəhdinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilmiş kosmetik məhsullar aşkar ediblər.
SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Fusion" markalı avtomobil saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa oturacaqlarının alt hissəsində, yük yerinin sol tərəfindəki boşluqda vəsalonun nəfəslik hissəsində gömrük nəzarətindən gizlədilən 708 ədəd müxtəlif adda kosmetik məhsullar aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB