Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü

Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Muradov vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 12-də saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini M.Aslanlı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İlqar Muradovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə