Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda “VAZ” markalı iki minik avtomobili toqquşub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB