Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 12-də saat 01 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “VAZ-2106” və A.Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə E.Məmmədovun xəstəxanaya yerləşdirilmiş sərnişini, paytaxt sakini Süsənbər Abbasova orada ölüb.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB