Avtomobildən odlu silah çıxdı

İsmayıllı rayon sakini Z.Mövlanlının idarə etdiyi avtomobilə baxış zamanı oradan tapança və vasitələri aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İsmayıllı rayon sakini Z.Mövlanlının idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı oradan “Retay 84 FS” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə