Ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməkdə, atası Zeynalı itələyərək pilləkəndən yıxılaraq ölümünə səbəb olmaqda şübhəli bilinən Şirvan şəhərində yaşayan Elşən Xanışov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.
Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB