Ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA

Ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 11-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini X.Seyfullayev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış “QAZ-33022” markalı avtomobilə vurmuş, sonuncu avtomobil hərəkətə gəldiyindən onun qarşısında dayanmış sürücü, Bakı şəhər sakini Sərvər Tağıyevə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə