Ukraynada İŞİD terror təşkilatına məxsus silahlı şəxs zərərsizləşdirilib

Ukraynada İŞİD terror təşkilatına məxsus silahlı şəxs zərərsizləşdirilib

Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə İŞİD terror təşkilatına məxsus silahlı şəxsi zərərsizləşdirib.

SİA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunur ki, İŞİD üzvü terror təşkilatında iştiraka görə cinayət məsuliyyətinə cəlb edilməmək üçün Ukraynaya gəlib.

Tutulan şəxs nəzarət altında saxlanılır və prokurorluq onun ekstradisiyası ilə bağlı prosedura başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə