Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Niyazov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də metronun “28 May” stansiyasının platformasında Masallı rayon sakini A.Əhmədovanın çantasından içərisində 80 manat və sənədləri olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Niyazov saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB