İstixanada dava düşdü, bir nəfər bıçaqlandı

İstixanada dava düşdü, bir nəfər bıçaqlandı

Daşkəsən sakini mübahisə zəmnində bıçaqlanıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Şəmkir rayonunun Əliyaqublu kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü İsmayılov Ərşad Vasif oğlu bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və əməliyyat edilib. Yaxınları onun istixanada bədəninə dəmir parçası batdığını bildirsə də onun bıçaqlandığı məlum olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə məlumat verilib, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə