Əvvəllər məhkum olunmuş şəxsdən tapança və patron darağı götürülüb
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, patron darağı və yeddi patron götürülüb.
Sabunçu rayonunun Nardaran qəsəbəsi sakini S.Hüseynov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16" markalı tüfəngi polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində könüllü olaraq rayon polis idarəsinin 42-ci polis bölməsinə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB