“Bu toplumu qadın adlandırmağın özü günahdır” RƏY-ÖZƏL

“Bu toplumu qadın adlandırmağın özü günahdır” RƏY-ÖZƏL

"Bu toplumu qadın adlandırmağın özü günahdır". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, yəni onların səsləndirdiyi azadlıq şüarı ilə azadlıq arasında heç bir əlaqə yoxdur: "Bu əxlaqdan kənar hadisələri yayanlar və hətta onları bəyənənlərdə var. Martın 8-də bir qrup qadın Bakının mərkəzi küçələrinə çıxaraq icazəsiz aksiyalarla milli mənəvi dəyərlərimizə, əxlaqımıza, mənəviyyatımıza zidd olan çağırışlarla çıxış etmələri Azərbaycan xanımına yaraşmayan bir hərəkətlər idi. Bir sözlə, həmin qadınların bu cür hərəkətləri tamamilə yolverilməzdir. Bu qədər qadının birdən birə küçəyə çıxması özbaşına deyil, yəni kimsə bunları təşkilatlandırıb. Axtarmaq lazımdır ki, kimdir bunlara təşkilatçılıq edən, bu mənəvi dəyərlərimizi kölgəyə salmağa cəhd edən şəxslər, bunlar nə istəyirlər? Həmin qadınların bu cür hərəkətləri bir növ təxribat xarakterli bir qarşıdurma yaratmaq məqsədi daşıyıb. Əlbəttə ki, onların bu cür hərəkətləri düzgün bir hərəkət deyil. Çünki Azərbaycan qadınının əxlaqı dünyaya bəllidir. Yəni dünyada Azərbaycan qadını kimi namuslu, qeyrətli, ailəcanlı qadınları tapmaq çox çətindir. Amma 8 mart günü küçələrə çıxmış həmin qadınların bu cür hərəkətləri Azərbaycan qadınını gözdən salır. Hesab edirəm ki, bu cür hərəkətlərin qarşısı çox ciddi şəkildə alınmalıdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə