Bakı sakinindən "Makarov" götürüldü

Bakı sakinindən "Makarov" götürüldü

Bakı şəhər sakinində silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə