Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, martın 9-da saat 23 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini A. Ağayev velosipedlə sərxoş vəziyyətdə yolun hərəkət hissəsinə çıxıb. Yolun kifayət qədər işıqlanmayan hissəsində arxadan gələn Khazar markalı avtomobilin sürücüsü M.Nəbiyev maşını qaçırtsa da qəza qaçılmaz olub və o Ağayevi vurub. Qeyd etmək lazımdır ki, o yolda velosiped sürməyə icazə verilmir və sürücü velosipedi əlində tutaraq yolu keçə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB