Avtomobil su arxına düşdü, ölən var

Avtomobil su arxına düşdü, ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Astara rayonunun Şahağac kəndində "Lexus" markalı minik avtomobilinin yol kənarındakı su arxına düşməsi barədə məlumat daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Quliyev Fazil Ağarəhim oğlunun meyitini yarıbatmış vəziyyətdə olan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə