Suraxanı qəsəbəsi A.Rzayev küçəsində "KİA" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 7-də saat 23:00 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi "KİA" və Şəhriyar Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB