Liftdə köməksiz qalan azyaşlılar xilas edilib

Liftdə köməksiz qalan azyaşlılar xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Nəsimi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə