Tovuz sakini ehtiyatsızlıqdan bel fəqərəsini qırıb

Tovuz sakini ehtiyatsızlıqdan bel fəqərəsini qırıb

Tovuz sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

1975-ci il təvəllüdlü Haqverdiyev Fariz yaşadığı evdə çardaq düzəldən zaman hündürlükdən yıxılıb. 45 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə bel fəqərəsinin qırığı diaqnozu qoyulub.

Vəziyyəti kafi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə