Suraxanıda yolu keçmək istəyən piyada minik maşınının zərbəsi ilə üzləşib
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyadanı avtomobil vurub.
SİA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.
1976-cı il təvəllüdlü Məlikov Vüqar Feyruz oğlu yolu keçmək istəyən zaman minik maşınının zərbəsi ilə üzləşib. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB