Biləsuvar və Cəlilabad rayonlarında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Biləsuvar rayonunun Nəsimi kəndində ümumi sahəsi 72 m² olan tövlənin çardağının yanar konstruksiyaları 5 m² sahədə və içərisinə yığılan 1 ton ot bağlamasının 0,5 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Cəlilabad rayonunun Qaraağac kəndində ümumi sahəsi 75 m² olan tövlənin yanar konstruksiyaları 45 m² sahədə və çardağına yığılan 6 ton ot bağlamasının 5 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB