Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 96 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 6 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB