Bakıda əcnəbi vətəndaşın pulu və telefonu oğurlandı

Bakıda əcnəbi vətəndaşın pulu və telefonu oğurlandı

Əcnəbi vətəndaşa məxsus pulu və mobil telefonu oğurlamaqda şübhəli bilinən X.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da əcnəbi vətəndaşa məxsus 300 manat, 1550 lirə, 280 lari pulu və mobil telefonu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə