Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 5-də saat 2 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB