Şirvan polisi külli miqdarda narkotik vasitə aşkar edib. SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əlibaxış Məmiyev bildirib ki, Saatlı rayon Çolpı kənd sakini Rzayev Rafiq Abim oğlu yaşadığı ünvanda 25 ədəd narkotik vasitə olan çətənə kolu əkərək becərib.
Satış məqsədi ilə 3125,0 qram çəkidə qurudulmuş halda marixuana hazırlayaraq əvvəlcə 125 qramını 28 mart tarixində Şirvan şəhər sakini tanınmış narkobaron Dilavər Dünyamalı oğlu Orucova 200 manat qarşılığında satmış, sonra isə hər kiloqramını 2000 manata satmaq məqsədi ilə adıçəkilən şəxsin A. Mustafayev küçəsi 26 ünvanında yerləşən mənzilində, saat 17:20 radələrində alqı-satqı edən zaman Şirvan polisi tərəfindən yaxalanıb.
Ondan 2835,0 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirləri davam etdirilərək R. Rzayevin Saatlı rayonundakı, torpaq sahəsinə baxış keçrilmiş və oradan bükülü halda gizlətdiyi 165 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Həmin şəxs barədə həbs qətimkan tədbiri seçilib. ARCM-nin 234.4.2 və 234.4.3 maddələri ilə cinayət işi açılıb və istintaq işi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB