Türkiyə-İran sərhədində zəlzələ olub

Türkiyə-İran sərhədində zəlzələ olub

Türkiyə-İran sərhədində 4,2 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeraltı təkan bu gün Bakı vaxtı ilə saat 15:33-də qeydə alınıb. Zəlzələnin episentri 5 km dərinlikdə qeydə alınıb.

Zəlzələnin İran tərəfdə baş verdiyi bildirilir. Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə