Avtomobilləri qarət edən şəxs tutuldu

Avtomobilləri qarət edən şəxs tutuldu

Nəsimi rayonu ərazisində 2 avtomobildən pul oğurlamaqda, 2 avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də rayon ərazisində 2 avtomobildən pul oğurlamaqda, 2 avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə