Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini Ə.Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 40 qram marixuana aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə