Göygöldə ağır qəza

Göygöl rayonu ərazisində “VAZ-2104” və “QAZ-3110” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 2-də saat 12 radələrində Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “VAZ-2104” və E.Şükürovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və iki sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilmiş, E.Hüseynov orada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə