Narkotik alverçisi tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini E.Qasımov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini E.Qasımov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 850 qram heroin, 555 qram marixuana, 800 ədəd metadon həbi və elektron tərəzi aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə