Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobil saxlanılıb və gömrük yoxlaması aparılıb. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin alt hissəsində, yük yerindəki ehtiyat təkərin və rezin örtüyün altından, gömrük nəzarətindən gizlədilən 6 adda 12 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB