Səbail rayonunda “Baku Oil Services”ə məxsus inzibati binada yanğın olub

Səbail rayonunda “Baku Oil Services”ə məxsus inzibati binada yanğın olub

Paytaxtın Səbail rayonunda "Baku Oil Services"ə (BOS) məxsus ümumi sahəsi 500 kvadratmetr olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 kvadratmetr sahədə yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə